Tanınmış jurnalistin məhkəməsi başladı

2022-ci ilin sentyabr ayında həbs olunan Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının bu gün saat 14:00-da məhkəmə prosesi başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ə.Zeynallının yaxınları məlumat yayıb.

Xatırladaq ki, jurnalist Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham olunub.

Zaira Akifqızı
Globalinfo.az