Azərbaycanlı İran prezidenti olur? – Səsvermə başa çatdı

İranda prezident seçkisi üçün keçirilən səsvermə başa çatıb.

Artıq səslərin sayılmağa başlanıldığı bildirilib.

***

İran Seçki Komissiyası prezident seçkisi üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb.

Globalinfo.az xəbər verir ki, üçüncü dəfə uzadılan səsvermə artıq saat 00:00-da bitəcək.

Bu, çox güman ki, sonuncu olacaq və sonra səslərin hesablanması başlayacaq.

***

İranın Seçki Qərargahı prezident seçkisində səsvermə vaxtını yenidən uzadıb.

İndi vətəndaşlar yerli vaxtla saat 22:00-a qədər (Bakı vaxtı ilə saat 22:30-a qədər) səs verə bilərlər.

***

İranda prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla saat 18:00-dan 20:00-a kimi uzadılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

***09:11

İranda prezident seçkilərinə start verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İran Seçki Qərargahı yayıb. Seçkidə ümumilikdədə 50 milyondan çox insanın səs verəcəyi planlaşdırılır.

Prezident seçkisində əsas mübarizə

konservatorlar və reformistlər arasında gedir. Konservatorların əsas namizədi Məhəmməd Baqer Qalibaf sayılır.

Reformistləri isə seçkidə azərbaycanlı Məsud Pezişkiyan təmsil edir. Pezişkiyan artıq seçiləcəyi təqdirdə İranın Qərblə münasibətlərini düzələcəyini açıqlayıb. Lakin etniklər özəlliklə azərbaycanlılarla bağlı Pezeşkiyan mövqe açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az