Azərbaycanlı bloger həbs edildi – Səbəb

Azərbaycanlı bloger həbs edildi - Səbəb

Bloger xuliqanlıq hərəkətlərinə görə həbs edilib.

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə Beyləqan və ətraf rayonlarda blogerlik fəaliyyətilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəmnində 53 yaşlı  şəxsi döyərək xəsarət yetirib.

Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb. V.Fətiyev həbs edilib.