Azərbaycanla İran arasında nə baş verir? – Prezidentlərin telefon danışığı…

Azərbaycanla İran arasında nə baş verir? - Prezidentlərin telefon danışığı...

“Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianı təbrik etdi, daha sonra isə tərəflər artasında telefon danışığı oldu. Bu, Bakının cənub qonşusu ilə münasibətlərin normallaşmasına verdiyi önəmi göstərir”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, M.Pezeşkianın seçkilərdə qalib gəlməsi Bakı üçün mühüm idi.

İ.Hüseynovun sözlərinə görə, indiki məqamda rəsmi Bakı Tehranla münasibətlərin normallaşmasında maraqlıdır:

“Daha əvvəl iki ölkə arasında müəyyən gərginliklər var idi. Bu hələ də hiss edilir, lakin Pezeşkianın hakimiyyətə gəlməsi fonunda münasibətlərin normallaşacağını demək olar.

Azərbaycanla İran arasında nə baş verir? - Prezidentlərin telefon danışığı...

İlyas Hüseynov

M.Pezeşkianın adı qalmaqallarda və korrupsiyada hallanmayıb. Bundan başqa, o, Azərbaycana dəstək verən nadir İran rəsmilərindəndir. Bu da ona etimadı artırır. Yeni dönəmdə gözləntilərimiz ondan ibarətdir ki, iki ölkə arasında münasibətlərdə yaxınlaşma olsun”.

Politoloq qeyd edib ki, İran regionda Türkiyə və Azərbaycanın müttəfiqliyini nəzərə almalıdır:

“Tərəfdaşlığın yenidən güclənməsi regionda iqtisadi inkişafı təmin edəcək. Bakı, Ankara Tehranla rəqib olmaqda yox, əməkdaşlıqda maraqlıdır. İran tərəfi də buna adekvat qarşılıq versə, hesab edirəm, regionun gələcəyi baxımından müsbət hadisələrin şahidi ola bilərik”.

Turan Rzayev
Globalinfo.az