“3 il əvvəl Qarabağda dastan yazaraq şanlı qələbə qazanan dost və qardaş ölkəmiz Azərbaycanın 8 Noyabr – Zəfər Gününü təbrik edirəm”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirib.
“Qarabağın azadlıq mübarizəsinin bütün qəhrəmanlarını rəhmət və hörmətlə yad edirəm. “Bir millət, iki dövlət” şüarı ilə möhkəmləndirdiyimiz güclü qardaşlığımız bundan sonra da əsrlərə meydan oxuyacaq”.














