İnterpolun axtardığı azərbaycanlı tutuldu

İnterpol vasitəsilə axtarışa verilmiş daha bir Azərbaycan vətəndaşı tutulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilən və Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə ittiham edilən 1987-ci il təvəllüdlü Azad Babaşov Rusiyada saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.