Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması geosiyasi təsirlərə səbəb ola bilər

Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması geosiyasi təsirlərə səbəb ola bilər

Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması Yaxın Şərqdə geosiyasi tarazlığı dəyişə bilər. 

Globalinfo.az xəbər verir ki, bu fikri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan yalnız ABŞ-la deyil, həm də İsrail və Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində fəal addımlar atır.

“Azərbaycanın bu təşəbbüsü təkcə Amerika biznesinə yeni imkanlar yaratmayacaq, həm də bölgədə ciddi geosiyasi dəyişikliklərə yol aça bilər”, – deyə Uolts vurğulayıb.

Qeyd edək ki, “İbrahim Sazişləri” İsraillə bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur və bu prosesə Azərbaycanın mümkün qoşulması regional maraqlara yeni dinamika gətirə bilər.

Tahir Turan 

Globalinfo.az