Azərbaycanın Gürcüstandakı səfirliyi 7 gün işləməyəcək

Novruz Bayramı ilə əlaqədar olaraq 2024-cü ilin 20-26 mart tarixlərində qeyri-iş günləri olması səbəbindən Azərbaycanın Gürcüstandakı səfirliyi və onun konsulluq bölməsi fəaliyyət göstərməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi paylaşım edib.

Hansısa fövqəladə və təcili hallar üçün +995555250993 nömrəsi ilə əlaqə saxlamaq xahiş edilib.