AMEA-nın yeni strukturu təsdiq edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni strukturu təsdiq edilib.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, bununla bağlı Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar hazırlanıb.

Qərara əsasən AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. AMEA-nın işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.