Amerikalı ekspertdən Qarabağ mesajı: Diqqət edin!

Rusiyanın ərazilərinin bir hissəsini ələ keçirərək “müstəqil” adlandırdığı postsovet ölkələri – Gürcüstan, Moldova və Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlayıblar.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı ekspert Brenda Şefer deyib.

“Həmçinin bu dövlətlər Ermənistanın işğalını pisləyiblər. Azərbaycanın bəzi əraziləri Rusiya “sülhməramlıları”nın nəzarəti altındadır və seçki ilə işğala cəhd edilir. Qərb ölkələri bu mövzuda Ukrayna, Moldova və Gürcüstanı örnək almalıdırlar”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az