Azərbaycanın bu şirkətləri Ermənistana 90 min avro ödədi

Azərbaycanın bu şirkətləri Ermənistana 90 min avro ödədi

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsindən “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirilib.

“Sizə bildiririk ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, – deyə cavabda bildirilir.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Törəmə şirkət olan “Buta Airways” də bu marşrut üzrə uçuşlar həyata keçirib.

2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.