Azərbaycanın AŞPA-dakı fəaliyyəti bərpa edildi? – TƏCİLİ

“Azərbaycan nümayəndələrinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul edilib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Alpha Nyus” saytı AŞPA-dakı mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Avropa Şurası Nazirlər Komitəsi bununla bağlı qərar qəbul edib.

Hələ ki rəsmi Bakıdan məsələ ilə bağlı hər hansı açıqlama yoxdur.

Ermənistanın AŞPA-dakı nümayəndələri isə sözügedən məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığını açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az