Azərbaycanın airbadminton üzrə millisi finala yüksəlib

Azərbaycanın airbadminton üzrə millisi finala yüksəlib

Avropa Oyunları Parkında Airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələn Azərbaycan millisi finala yüksəlib.

Komanda həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşacaq. Final qarşılaşması bu gün saat 20:30-da başlayacaq.