Azərbaycanı daim dəstəkləyəcəyik – Türkiyənin vitse-prezidenti

“Türkiyə Azərbaycanın sülh yolunda atdığı addımları daim dəstəkləyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X”də yazıb.

O, Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib: “Can Azərbaycanı Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə təbrik edirəm. Nuru Paşa və müzəffər ordusunun şəhidlərini hörmətlə anıram”.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.