Dini məkanlara səyahət təşkil edən bəzi turizm şirkətləri Ümrə (Məkkə şəhəri), Məşhəd (İranın şəhəri), Kərbəla (İraqın şəhəri) ziyarətlərindən gələnlərə müvafiq sertifikatlar təqdim edir. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bildirilir ki, həmin sertifikatlarda “Bu şəxs Kəbəyə getdi”, “Bu şəxs Ümrədə olub”, tipli yazılar qeyd olunur. Bunu əsrlər əvvəl xristianlara satılan “cənnət qəbzləri”nə bənzədənlər də az deyil.
Belə sertifikatlar hansı məqsədlə verilə bilər?
Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Rüfət Qarayev deyib ki, istər Kəbə, Kərbəla, istərsə də Məşhəd ziyarətinə gedənlər üçün xüsusi status tələb olunmur:
Rüfət Qarayev
“Amma Allahın evini ziyarət edib gələn insanlara “hacı” demək qəbahət sayılmır. Çünki Qurani-Kərim kitabında da həmin şəxslərə “hacılar” deyə xitab edilir. Eyni zamanda Kərbəlada İmam Hüseyni ziyarət edənlərə “kərbəlayi” demək olar. Sertifikatlar isə insanları həvəsləndirmək məqsədi ilə verilir. Lakin bu, dinin tələbi deyil. Adətən turizm şirkətləri həmin şəxsləri fərqləndirmək üçün belə addım atır”.
Zaira Akifqızı
Globalinfo.az














