1771089821 e44c130634f26d1edf4fdddb3ce1b61c 2

Ötən ay Azərbaycandan Gürcüstana 3,10 milyon ABŞ dolları həcmində pul köçürülüb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

İllik müqayisədə həcmdə 6,04% azalma qeydə alınıb. Yanvarda xaricdən Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,10% təşkil edib.

Gürcüstandan Azərbaycana isə 4,64 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 28,18% çoxdur.

Hesabat ayında xarici ölkələrdən Gürcüstana 282,64 milyon ABŞ dolları köçürülüb. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 16,6% çoxdur. Gürcüstandan xaricə göndərilən pul köçürmələri isə illik müqayisədə 10,2% artaraq 31,2 milyon ABŞ dollarına bərabər olub.

Paylaş: