Azərbaycandan böyük dəstək: 100 milyon dollar ayıracaq…

Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, – XİN-in məlumatında qeyd olunub.