Azərbaycanda yeni radio fəaliyyətə başlayır

Cari ilin 3 iyun tarixindən etibarən Səhiyyə Nazirliyinin radiosu fəaliyyətə başlayır.

Bu barədə Globalinfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, radio “Sağlam Radio” adı ilə 93.0 FM tezlikdə yayımlanacaq.

Səhiyyə Nazirliyinin dəstəyi ilə yayımlanacaq radioda həftə içi 5 gün saat 8.00-dan 10.00-dək “Sağlam səhər”, saat 18.00-dan 20.00-dək “Sağlam həyat” verilişləri efirdə olacaq. Bu verilişlərdə Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri sağlamlığın qorunması, sağlam qidalanma, sağlam həyat tərzinin formalaşdırılması kimi elmi əsaslara söykənən tibbi məlumatlar verəcəklər.

“Ölkə və dünyada səhiyyə ilə bağlı xəbərləri isə hər saatın sonunda yayımlanan “Sağlam Xəbərlər”dən eşidəcəksiniz. “Sağlam Radio”nun başlıca məqsədi əhalinin sağlamlığının qorunmasını, sağlam qidalanmanı və aktiv həyat tərzini təşviq etməkdir”, – məlumatda qeyd olunub.