8f1c3604 3480 4ae9 beed ece287014d44 4

Azərbaycanın aktual peşə və ixtisas siyahısına 25 yeni sahə əlavə ediləcək

Globalinfo.az xəbər verir ki, Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatına əsasən, əmək bazarının tələblərinə uyğun peşə və ixtisasların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Hesabata görə, yaşıl iqtisadiyyat və texnoloji inkişaf sahələrinə aid peşələr siyahısı genişləndirilir.

Qeyd olunur ki, peşə hazırlığı proqramlarının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması məqsədilə ixtisas təsnifatının yenilənməsi üzrə təhlillər aparılıb və müvafiq təkliflər hazırlanıb. Ekspertlər bildirirlər ki, yeni əlavə olunan ixtisasların gələcək perspektivləri çoxdur və gənclər üçün ixtisas və peşə seçimində daha geniş imkanlar yaradacaq.

Siyahıya əlavə olunan sahələr arasında IT və informasiya texnologiyaları, yaşıl iqtisadiyyat, enerji, ekoloji innovasiya, data analitikası, rəqəmsal texnologiyalar və smart texnologiyalar xüsusi yer tutur. Həmçinin, IT sahəsi üzrə mövzular da yüksək aktual ixtisaslar sırasındadır.

Daha ətraflı süjetdə:

Paylaş: