Azərbaycanda yeni futbol klubu yaradılır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, “Caspian” adlı futbol klubunun yaradıcı Asiman Cəfərlidir.
O, həvəskar futbolçuları bir araya yığaraq, yeni klubun əsasını qoyub.
Klub Bakıda fəaliyyət göstərir.
Hazırda Həvəskar Futbol Klubunun 50-yə yaxın üzvü var.
Qeyd edək ki, Asiman bu klubu sosial şəbəkədə “0-dan futbol klubu qururam” adlı bir postla qurmağa başlayıb və hazırda bunu davam etdirir.
Futbol klubunun heç bir maliyyə dəstəyi yoxdur.