AFFA toplandı: De Byazi iclası erkən tərk etdi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasını erkən tərk edib.

Globalinfo.az bildirir ki, 67 yaşlı mütəxəssis 10 dəqiqə toplantıda iştirak edib.

X X X

AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

Globalinfo.az bildirir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmirlər.

İclasın gündəliyinə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.