Azərbaycanda bu xərclər artırılır: təhsil, səhiyyə, mədəniyyət…

Azərbaycanda bu xərclər artırılır: təhsil, səhiyyə, mədəniyyət...

2025-ci ildə Azərbaycanda təhsil xərclərinin 4 milyard 945,8 milyon manat olması nəzərdə tutulur.

Globalinfo.az xəbər verir ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,7 % çoxdur.

Həmçinin səhiyyə xərclərinin 1 milyard 997,2 milyon manat olması nəzərdə tutulur ki, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7 % çoxdur.

Bundan başqa, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 635,3 milyon manat olması nəzərdə tutulur. Bu da 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,4 % çoxdur.

Ətraf mühitin mühafizəsi xərclərinin isə 417,7 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,8% çoxdur.

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır.

Sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 12,6 faiz olacaq.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər üçün 4 milyard 391 milyon 430 min 496 manat nəzərdə tutulub. Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə sosial müdafiə və sosial təminat üzrə xərclər 13,8 faiz artırılır.