Azərbaycanda süni intellekt aparıcı İKT xəbərlərini təqdim edəcək – VİDEO

Azərbaycanda süni intellekt aparıcı İKT xəbərlərini təqdim edəcək – VİDEO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təqdim etdiyi “Smart icmal” süni intellekt əsaslı xəbər buraxılışı izləyicilərin ixtiyarına verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “APA-Economics”ə RİNN-dən bildirilib.

Məlumata görə, süni intellekt aparıcı “NaRİNN” nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərinin icmalını bölüşəcək.

“Smart icmal” vasitəsilə sektorda baş verən dəyişiklikləri, innovasiyaları və rəqəmsal transformasiyanın əsas məqamlarını daha dinamik, müasir və texnoloji formatda izləmək imkanı olacaq.