Azərbaycanda sexdə partlayış: ölən var

Azərbaycanda sexdə partlayış: ölən var

Bərdədə pendir sexində partlayış baş verib.

Globalinfo.az report.az-a istinadən xəbər verir ki, hadisə sexin qazanxanasında qeydə alınıb.

Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.

Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.