Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda seçicilərin sayı açıqlanıb.

Globalinfo.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, ölkədə 6 421 960 nəfər seçici var.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir.

MSK sədri seçki məntəqələrinin sayı barədə də məlumat verib: “6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir”.