Qarayazı qoruğundakı yanğın söndürüldü

Qarayazı qoruğundakı yanğın söndürüldü

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verib.

FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***17:26

Qarayazı Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, 10 hektara yaxın meşə ərazisi yanıb.

Meşənin yaxınlığında baş verən yanğının tədricən meşə ərazisinə keçdiyi bildirilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən baş vermiş yanğın söndürülüb. Meşənin qalan hissəsi yanğından mühafizə edilib.

***16:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.