Azərbaycanda neçə qadın nazir müavini var? – Siyahı

Azərbaycanda neçə qadın nazir müavini var? - Siyahı

Əvvəlki illərə nisbətən ictimai həyatın müəyyən sahələrində qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların təmsilçiliyinin artması müşahidə olunur.

Hazırda ölkəmizin idarəetməsinin ən yüksək pillələrində qadınlar təmsil olunur.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, hazırda Azərbaycanda 4 qadın nazir müavini var:

Azərbaycanda neçə qadın nazir müavini var? - Siyahı

Umayra Tağıyeva – 1968-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. Coğrafiya üzrə fəlsəfə doktorudur. 46 elmi məqalənin müəllifi, 5 kitabda həmmüəllifdir.

Azərbaycanda neçə qadın nazir müavini var? - Siyahı

İlhamə Qədimova – 1975-ci ildə anadan olub. İxtisasca hüquqşünasdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

1421303

Səadət Yusifova – 1974-cu ildə anadan olub, Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur. Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə mədəniyyət nazirinin müavini təyin olunub.

Azərbaycanda neçə qadın nazir müavini var? - Siyahı

İndira Hacıyeva – 1960-cı il iyulun 15-də anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunu bitirib.Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.