Azərbaycanda məşhur şirkət müflis oldu

Azərbaycanda məşhur şirkət müflis olub.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən bildirir ki, “Rəvan-Turan” MMC müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.

Debitor və kreditorlar Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Rəvan-Turan” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elşən İsmayılovdur. 2019-cu ildə “Rəvan-Turan” MMC təşkilati-hüquqi formasını dəyişərək kənd təsərrüfatı istehsal-istehlak kooperativinə çevrilib.