Azərbaycanda meşədə yanğın – FOTOLAR / YENİLƏNDİ

 

Azərbaycanda meşədə yanğın - FOTOLAR / YENİLƏNDİ

 “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qurumdan qeyd olunub ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin yüksək dağlıq ərazisində bu gün axşam saatlarında baş verən yanğın Şahdağ Milli Parkının, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində söndürülüb.

***17:38

İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azərbaycanda meşədə yanğın - FOTOLAR / YENİLƏNDİ Azərbaycanda meşədə yanğın - FOTOLAR / YENİLƏNDİ