Azərbaycanda kater qəzaya uğradı: Xəsarət alanlar var

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində kater qəzaya uğrayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, bu gün axşam saat 21 radələrində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir nəfər yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.