“İnsan alveri qurbanları hüquq mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər. Onlar ya qorxur, ya da bu addımı atmaq istəmirlər. Bu hal cinayətkarların məsuliyyətdən yayınmasına səbəb olur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Onun sözlərinə görə, həmin istiqamətdə ciddi işlər görülməlidir:
“Regionlarda sığınacaqların olması vacibdir. Məsələ ilə bağlı dövlət büdcəsindən maliyyə də ayrılmalıdır”.
Safura Bənnayeva
Globalinfo.az