Azərbaycanda əfv olacaqmı? – Bir yaxşı, bir pis xəbər…

Adətən Yeni il və Novruz bayramları ərəfəsində Azərbaycanda əfv Sərəncamı imzalandığı üçün bu dəfə də mart ayında sözügedən qərarın veriləcəyi müzakirə edilir. Hətta Novruz bayramında əfvlə yanaşı amnistiyanın olacağına dair iddialar da yayılıb. 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu deyib ki, Novruz bayramı ilə əlaqədar əfv olmayacaq:

“Biz prosesin qısa müddətdə həyata keçməsini istəyirik. Lakin güman ki, may ayında əfv və amnistiya olacaq. Bunun üçün lazımi sənədlər hazırdır və təhvil verilib. Əfv Komissiyası materiallara baxır, amma seçkilərlə bağlı vaxt azlığından proses bir qədər ləngiyib”.

İctimaiyyətdə bələdiyyə və parlament seçkilərinin keçiriləcəyi haqda müzakirələrdən danışan N.Cəfəroğlu qeyd edib ki, bu, prosesə təsir etməyəcək:

“Hələ ki, bələdiyyə və parlament seçkilərinin keçiriləcəyi ilə bağlı qərar yoxdur. Lakin seçkilərdən asılı olmayaraq proses uzanmayacaq. Hesab edirəm ki, may ayında əfv olacaq”.

Safura Bənnayeva
Globalinfo.az