Azərbaycanda donuz əti alverçisinə 6 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən donuz əti alverçisi, 1983-cü ildə Kəlbəcər rayonu Dəmirçidam kənd sakini Samir Salahovun məhkəməsi başa çatıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Tanışlarına külli miqdarda pul “atmış” donuz əti alverçisi 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmədə bildirib ki, Samir tanışının etibarından sui-istifadə edərək 2019-cu ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək olan müddət ərzində onu aldadaraq donuz alveri ilə məşğul olmaq adı ilə hissə-hissə ümumilikdə 74.000 manat dəyərində donuzlarını nisyə alqı-satqı qaydasında alıb baha qiymətə satıb pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə həmin vəsaiti ələ keçirib.

Bundan başqa o, Gəncədə zibillik adlanan ərazidə donuz saxlayan digər şəxsdən 10500 manat olan 40 baş donuzu nisyə alqı-satqı qaydasında alıb bir aydan sonra pulunu tam şəkildə ödəməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək dələduzluq edib.

Samir həmçinin təkrar tamah niyyəti ilə daha bir şəxsin etibarlı münasibətdən sui-istifadə edərək onun 5 baş inək və 26 baş qoyun olmaqla ümumilikdə dəyəri 11100 manat olan mal-qaranı nisyə alqı-satqı qaydasında alıb ələ keçirib.

O, məhkəmədə aldığı malların pulunu sonradan verə bilmədiyini bildirib.

Qeyd edək ki, Samir Salahov Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli mqidarda ziyan vurmaqla dələduzluq maddəsi ilə təqsirli bilinib.

Malik
Globalinfo.az