Avropa İttifaqının (Aİ) minatəmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclası keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Minalardan təmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclasında iştirak edirəm. Biz qürur duyuruq ki, Aİ-nin dəstəyi ilə Azərbaycanda insanların həyatı xilas edilir, o cümlədən konkret nəticələr əldə edilir. Xüsusilə qadın minatəmizləyicilərdən ibarət ilk komandanın yaradılması və bu prosesə Avropadan qeyri-hökumət təşkilatlarının (Links Europe, MAG, APOPO, IEPF) cəlb edilməsi qürurvericidir”, – paylaşımda vurğulanıb.
Diplomat, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərliyinə “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) layihəsinin həyata keçirilməsində əməkdaşlığa görə təşəkkürünü bildirib.
🇪🇺🤝🇦🇿 Right now: Participating at the online Steering Committee of the 🇪🇺EU project to support 🇦🇿Azerbaijan in demining. Proud that 🇪🇺EU support is saving lives of people in 🇦🇿Azerbaijan, also of specific results: establishment of the first female deminers team, and involvement… pic.twitter.com/7qthvDe3Qy
— Peter Michalko (@MichalkoPeter) July 16, 2024














