Azərbaycan yığması Ukraynaya uduzdu

Azərbaycan U-21 yığması AÇ-2025-in seçmə mərhələsində Ukrayna ilə qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, komandamız bu görüşdə 0:3 hesablı məğlubiyyətə uğrayıb. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandamız bir neçə gün öncə İngiltərə 1:5 hesabı ilə uduzmuşdu.