2022-ci ilin ən yaxşı futbol klubu açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin sonunda Avropanın və dünyanın ən yaxşı klublarının reytinqini açıqlayıb.

Globalinfo.az Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İngiltərə “Liverpul”u sahib çıxıb.

IFFHS-ə görə 2022-ci ilin ən yaxşı Avropa komandası 297 xal toplayan İngiltərənin “Liverpul” komandası olub. Liverpul təmsilçisi  “Real”ı (275 xal), İngiltərənin “Çelsi” (271 xal) klubunu keçib.

İlin ən yaxşı klublarının “Top-10″luğu isə aşağıdakı kimidir:

1. “Liverpul” (İngiltərə, 297)

2. “Real Madrid” (İspaniya, 275)

3. “Çelsi” (İngiltərə, 271)

4. “Mançester Siti” (İngiltərə, 270)

5. “Benfika” (Portuqaliya, 250)

6. “Leyptsiq” (Almaniya, 240)

7. “Bavariya” (Almaniya, 238)

8. “Portu” (Portuqaliya. 236)

9. PSV (Niderland, 227,5)

10. PSJ (Fransa22.)

İspaniyanın “Barselona”sı isə cəmi 18-ci yeri tutub (197 xal).

Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqasını 2-ci pillədə başa vuran “Liverpul” UEFA Çempionlar Liqasının finalında “Real Madrid”ə uduzub.