Azərbaycan və İran hərbçilərinin təlimi davam edir

Azərbaycan və İran hərbçilərinin təlimi davam edir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində İran İslam Respublikasından cəlb olunan heyətin iştirakı ilə keçirilən “Araz-2025” birgə təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, ssenariyə uyğun olaraq, iştirakçılar təlimin mərhələləri üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirirlər.

Hər iki ölkənin hərbi qulluqçuları icra olunan fəaliyyətlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-İran əlaqələrinin və əməkdaşlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan “Araz-2025” birgə təlimi mayın 21-də başa çatacaq.