“Azərbaycan və Ermənistana dəstək verməyə hazırıq” – Zaxarova

“Region dövlətlərini Qərbin təhlükəli oyunu barədə xəbərdar edirik”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, bildirib ki, Azərbaycan və Ermənistan arasındakı məsələlər siyasi-diplomatik vasitələrlə həll edilməlidir:

“Biz tərəfləri maksimum təmkin nümayiş etdirməyə və hərbi ritorikanı azaltmağa çağırırıq. Cənubi Qafqazda rifahın bütün mexanizmləri var. Məsələn, 2020-ci il 10 noyabr tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli saziş. Regionda məsələlərin həlli istiqamətində hər iki tərəfə dəstək verməyə hazırıq”.

Safura Bənnayeva
Globalinfo.az