
Tatarıstanlı iş adamları Azərbaycana dəvət olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabındakı paylaşımda bildirib.
“Azərbaycan-Tatarıstan Biznes Forumunda ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes tərəfdaşlığının təşviqi barədə danışdıq. Tatarıstanlı iş adamlarını dövlət tərəfindən xüsusilə sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət etdik”, – paylaşımda deyilir.
Nazir, həmçinin İnvestisiya İnkişafı Agentliyinin Vahid Təqdimat Mərkəzində Tatarıstanın iqtisadi və investisiya potensialı, sənaye klasterləri və XİZ-lərin fəaliyyəti barədə təqdimat barədə də məlumat verib.
“Mərkəzə səfərimiz çərçivəsində birgə investisiya perspektivlərinin reallaşdırılması imkanlarına dair müzakirələrimiz oldu”, – M.Cabbarov qeyd edib.
***
Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə yazıb.
“Azərbaycan-Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi, sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, – nazir əlavə edib.
#Azərbaycan–#Tatarıstan Birgə Hökumətlərarası Komissiyasının 3-cü iclasında #iqtisadi əməkdaşlığın şaxələndirilməsi, #sənaye, ticarət, turizm və rəqəmsallaşma sahəsində əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük.#EconomyAz pic.twitter.com/gSRzaB9k4T
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 28, 2023
***
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Tatarıstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Tatarıstan-Azərbaycan biznes forumu keçirilib.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirak etdiyi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi imkanları, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.
Qeyd olunub ki, KOBİA-nın dəstək alətlərinə daxili bazarın araşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələrindəki layihələrinə qrantın ayrılması, KOB-ların ticarət şəbəkələrinə çıxışı, təlim və məsləhət xidməti, “Startap” şəhadətnaməsinin verilməsi, sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərilməsinin təşkili və s. daxildir. KOBİA iş adamları arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin icrası istiqamətində müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstəyi göstərə bilər.
Orxan Məmmədov onu da qeyd edib ki, KOBİA 2019-cu ildən etibarən “Rusiya – İslam dünyası: Kazan Sammiti”ndə aktiv iştirak edir. Növbəti sammitdə də iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı, tədbir çərçivəsində təşkil olunan sərgidə KOBİA və AZPROMO-nun birgə stendlə təmsil olunması və sahəvi görüşlərin keçirilməsi planlaşdırılır.














