Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Fransanın Limoj şəhərində keçirilən Dünya Seriyasında uğurlu çıxış edib.
Milli Paralimpiya Komitəsindən Globalinfo.az-a verilən məlumata görə, idmançımız 50 metr məsafədə sərbəst üsulda finişə ikinci çataraq gümüş medal qazanıb.
Vəliyev sərbəst üsulla üzmədə 50 metr məsafəni 28,72 saniyəyə qət edib.














