Azərbaycan Ordusu Xankəndiyə girdikdən sonra… – Qaramyan

Qarabağdakı separatçıların başçılarına elə onların öz həmkarkarı tərəfindən xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların keçmiş “təhlükəsizlik şurası katibi” Arşavir Qaramyan danışıb.

O iddia edib ki, Qarabağ Azərbaycanın tam nəzarətinə keçdikdən sonra separatçıların rəhbərləri ölüm hökmünə məhkum olacaqlar.

A.Qaramyan erməni əhalini cəfəng fikirlərlə doldurmağa çalışıb və “mübarizə” aparmaqla hansısa “uğur” qazanılacağı barədə sərsəm fikirlər səsləndirib.

Tamerlan Yayaqan
Globalinfo.az