Azərbaycan millisinin üzvü Türkiyə klubunda

Azərbaycan millisinin üzvü Türkiyə klubunda

Azərbaycan millisinin üzvü Renat Dadaşovun yeni klubu müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, hücumçu Türkiyənin “Ankaragücü” klubuna transfer olunub.

Bu barədə 1-ci Liqa təmsilçisinin saytı məlumat yayıb. Onunla iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Dadaşov ötən mövsümü icarə əsasında “Hatayspor”a keçirib. O, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus idi.