Azərbaycan Kralın tacqoyma mərasimində təmsil olundu – FOTO/ YENİLƏNİB

Mayın 6-da Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a bildiriblər ki, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

***15:40

III Çarlz rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başa çatıb.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

***14:12

Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi başlayıb. 

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bukingem sarayından Vestminster abbatlığına gedən marşrutu boyunca müşahidə platformaları açılıb. Onun uzunluğu 2,29 kilometrdir.

Qeyd edək ki, Azərbaycanı mərasimdə Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.