Azərbaycan klubunun yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan klubunun yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan I Liqasında çıxış edən “Difai” kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

Klubdan Globalinfo.az-a verilən məlumata görə, bölgə təmsilçisi Araz Bağırova tapşırılıb.

43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Bağırov son olaraq “Kəpəz” klubunda baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib.