“Qarabağ” bu gün tarixi matçına çıxır: Qalib gəlsə…

"Qarabağ" bu gün tarixi matçına çıxır: Qalib gəlsə...

“Qarabağ” klubu Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandası ilə qarşılaşacaq.

Globalinfo.az xəbər verir ki, matç saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bir həftə əvvəl “Qarabağ” rəqibini Bakıda 1:0 hesabı ilə məğlub etmişdi.

Ağdam təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində ötən il Fransanın “Olimpik” (Marsel) klubuna məğlub olaraq mübarizəni dayandırmışdı. Əgər komandamız bu gün qalib gəlsə, qrupdan sonra mərhələ keçmək baxımdan tarixində bir ilk yaşanacaq.