AA 20230522 31209494 31209474 US STATE DEPARTMENT PRESS BRIEFING WITH NEW SPOKESPERSON MATT MILLER

Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi dialoqdan keçir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ənənəvi brifinqdə bildirib.

O qeyd edib ki, ABŞ hər iki tərəfə dialoqun vacibliyi ilə bağlı mövqeyini çatdırıb:

“Rəsmi Vaşinqton hər zaman Azərbaycan və Ermənistan arasında müzakirə mühitinin mövcudluğunu dəstəkləyir. Bunu Dövlət katibi Entoni Blinken liderlərlə ayrı-ayrılıqda müzakirələr zamanı da bəyan edib. Azərbaycanla Ermənistan arasındakı dialoqda rol oynamağa hazırıq. Bununla belə, mən yaxın vaxtlarda hər hansı görüşün keçirilib-keçirilməyəcəyi barədə fikir söyləməyin tez olduğunu düşünürəm”.

Paylaş: