1680175081 64795ae2 a48b 384d ad5d cb601671c2cf 850

Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni sədr təyin edilib.

Globalinfo.az xəbər verir ki, Z.Mikayılıov 1992-1998-ci illərdə Türkiyənin Boğaziçi Universitetində “Biznesin idarə olunması” fakültəsini bitirib.

BRAVO supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC-nin direktoru olub.

Eyni zamanda “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda yerləşən “Agro Supply” MMC-nin direktoru kimi çalışıb.

Bundan başqa, Zaur Mikayılov 2001-2009-cu illərdə isə “Baksell” Ltd MMC-də, 2009-2015-ci illərdə “Port Baku Towers”, 2015-2016-cı illərdə isə “Pasha Construction”da çalışıb.

2021-ci il 5 apreldə Prezidentin sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: