“ABŞ-ın sanksiyaları qeyri-ciddi və təhqiramizdir”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bir daha vurğulamaq istərdim ki, sanksiyaların tətbiqi qeyri-ciddilikdən xəbər verir. Üstəlik, bu sanksiyalar ölkəmiz və xalqımız üçün təhqiramizdir. Bu, tərəfdaşlıq ruhuna uyğun deyil. Ona görə də ümid edirəm ki, ABŞ sanksiyalar məsələsinə yenidən baxacaq. ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək bizim maraqlarımıza uyğundur. Həm amerikalı tərəfdaşlardan, həm də Aİ nümayəndələrindən bu istiqamətdə qarşılıqlı addımlar görmək bizim üçün vacibdir. Bu, gürcü xalqına və gürcü dövlətinə düzgün münasibət olardı. Mən hər kəsi xalqımıza düzgün və ədalətli münasibət göstərməyə çağırıram”, – deyə Kobaxidze vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az