Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.
Globalinfo.az xəbər verir ki, o, xaricdən keyfiyyətsiz pomidor idxalı ilə böyük maliyyə qazancı əldə etməkdə, eyni zamanda etnoseparatizm və müxalifətçi Aleksey Navalnının fəaliyyətini təbliğ etməkdə ittiham olunub.
FSB Xankişiyevin Rusiya pasportunu ləğv edib və onun ölkəyə girişinə qadağa qoyub. Beləliklə, Xankişiyev artıq Rusiyada sərbəst hərəkət etmək imkanından məhrum olub.
Tahir Turan
Globalinfo.az














