Azərbaycan bu il 18 ölkəyə neft ixrac edib – Siyahı

Azərbaycan bu il 18 ölkəyə neft ixrac edib - Siyahı

Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 3 602 341,97 min ABŞ dolları dəyərində 6 820 798,97 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında yenə də birinci yerdə qərarlaşıb.

Globalinfo.az bildirir ki, “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 449 595,51 min dollar dəyərində 846 461,39 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. 2024-cü ilin yanvar-iyun aylarında bu ölkəyə 408 862,68 min dollar dəyərində 744 703,91 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilər hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatları əhatə edir.

Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə ümumilikdə 6 409 319,05 min dollar dəyərində 12 046 352,54 ton neft ixrac edilib.

Azərbaycanın hesabat dövründə neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyərinə görə) təqdim edirik:

Ölkələr Miqdar (ton) Statistik dəyər
Cəmi 12 046 352.54 6 409 319.05
1. İtaliya 6 820 798.97 3 602 341.97
2. Çexiya 846 461.39 449 595.51
3. Xorvatiya 744 703.91 408 862.68
4. Rumıniya 685 972.26 378 039.37
5. Portuqaliya 576 034.89 310 369.1
6. Almaniya 562 298.56 302 374.09
7. Böyük Britaniya 324 555.66 141 319.15
8. İrlandiya 243 468.25 129 715.04
9. Yunanıstan 232 396.39 128 990.34
10. Niderland 223 330.7 126 482.41
11. Tailand 137 785.75 75 910.84
12. İndoneziya 130 925.36 72 131.22
13. Tunis 125 674.35 67 934.47
14. İsveçrə 89 696.92 53 857.85
15. Danimarka 88 157.38 49 689.27
16. Bolqarıstan 79 260.85 48 231.11
17. Avstriya 90 177.31 42 664.79
18. Türkiyə 44 653.65 20 809.84